AMEA-nın saytının baş redaktoru işdən çıxdıbackend

AMEA-nın saytının baş redaktoru işdən çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının (http://science.gov.az/) Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.
Hokm.az xəbər verir ki, bu barədə N.Qəhrəmanova “Facebook” səhifəsində yazıb:

“Mənim dəyərli dostlarım, Azərbaycanın ilk veb-portalı olan science.az-dakı 11 illik fəaliyyətimə öz istəyimlə son qoydum. Bu illər ərzində Azərbaycanın ən böyük elm saytının yazarı oldum, sadə jurnalist vəzifəsindən sektor müdiri vəzifəsinə kimi yüksəldim.

AMEA-dan, mətbuatdan söz açılanda “Mən” yada düşdüm, science.az-ın simasına çevrildim… Çünki mən science.az-da sadəcə jurnalist kimi çalışmadım, bu sayta az qala bütün həyatımı sərf etdim.

Saytın hər səhifəsində illərimin zəhməti, əziyyəti dayanır. Bəlkə də, ona görə science.az-ın bundan sonrakı taleyinin necə olmasından asılı olmayaraq, bu sayt da, kollektiv də mənə hər zaman doğma olaraq qalacaq.

“Facebook” səhifəmdə AMEA-da tanış olduğum, sonra isə səmimi dostuma çevrilən hər bir kəsə bildirmək istəyirəm ki, mən heç yerə getmirəm, yenə də Akademiyada, sizinlə birgə olacağam. Artıq fəaliyyətimi AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi kimi davam etdirəcəm.

Hər zaman yeniliyə, dəyişikliklərə can atan biri kimi bu işimdə də uğur qazanacağıma, mənə olan etimadı doğruldacağıma inanıram.

Dayanmaq mənə xas olan xüsusiyyət deyil! Odur ki, Nara, hər zaman irəli!

  •  (1)
  •  (2)