AMEA-dan Ramiz Mehdiyev açıqlamasıbackend

AMEA-dan Ramiz Mehdiyev açıqlaması

Bu gün AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məzuniyyətdə olması barədə məlumat yayılıb.

Hokm.az bildirir ki, AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir: “Bildirmək istəyirik ki, AMEA-nın ictimaiyyətlə və KİV-lə əlaqələrini Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi həyata keçirir və bizim tərəfimizdən bu barədə heç bir rəsmi məlumat yayılmayıb.

Bildiririk ki, akademik Ramiz Mehdiyev məzuniyyətdə deyil və öz iş fəaliyyətini davam etdirir”.

  •  (0)
  •  (0)