Alpinisti qurtarmaq istəyən əsgər helikopterdən düşüb öldü – VİDEObackend

Alpinisti qurtarmaq istəyən əsgər helikopterdən düşüb öldü – VİDEO

Türkiyənin Nide şəhərində bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, Demirkazık dağında dırmanma zamanı ayağı qırılan alpinistin xilas edilməsi zamanı faciə yaşanıb. Onu xilas etməyə yollanmış Türk Hava Qüvvələrinə məxsus helikopterdə olan xilasedici Uğur Gökem Harmankaya iplə sürüşən zaman vertolyotdan düşüb.

Yaralı halda xəstəxanaya çatdırılan çavuşun həyatını xilas etmək mümkün olmayıb. Əsgərin ölüm xəbəri ailəsinə çatdırılıb. Şəhidin cənazəsi yaşadığı İzmir şəhərinə aparılıb.

Hokm.az

  •  (0)
  •  (0)