Almatı şəhərinin mərkəzində yenidən atışma başlayıbbackend

Almatı şəhərinin mərkəzində yenidən atışma başlayıb

Qazaxıstanın Almatı şəhərində yenidən atışma başlayıb.

Bu barədə Hokm.az “Report”a istinadən xəbər verir.

Qeyd olunub ki, atışma şəhərin mərkəzində baş verir. Şəhərin digər hissələrində vəziyyətin nisbətən sakit olduğu deyilir.

“Şəhər əhalisi şübhəli insan qruplarını müəyyən etməkdə polisə kömək edir. Cinayətkar dəstələr kiçik meydanlarda, parklarda gizlənirlər. Güclü duman polisin işini çətinləşdirir. Hələlik polis etirazçılar arasında saxlanılanların sayı barədə konkret məlumat vermir ”, – məlumatda deyilir.

  •  (1)
  •  (0)