Almaniyada buzlu yağış səbəbindən 50-yə yaxın avtomobilin iştirakı ilə qəza baş veribbackend

Almaniyada buzlu yağış səbəbindən 50-yə yaxın avtomobilin iştirakı ilə qəza baş verib

Almaniyanın Bavariya federal əyalətinin Amberg şəhəri yaxınlığında 50-dək avtomobilin iştirakı ilə qəza baş verib.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Qəzanın baş verdiyi 6 nömrəli avtoban hazırda hər iki istiqamətdə tamamilə bağlanıb. Yol qəzasına səbəb buzlu yağış olub.

Yerli hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, bütün Almaniyanın Yuxarı Frankoniya inzibati dairəsində buzlu yağış yağıb. Hətta müvafiq orqanların əməkdaşları belə qəza yerinə çatmaqda çətinlik çəkiblər.

  •  (0)
  •  (0)