Almaniya generalı: “Pilotsuz uçuş sistemləri İkinci Qarabağ müharibəsində çox səmərəli oldu”backend

Almaniya generalı: “Pilotsuz uçuş sistemləri İkinci Qarabağ müharibəsində çox səmərəli oldu”

“Pilotsuz uçuş sistemləri Qafqazda (İkinci Qarabağ müharibəsində – red.) müharibə zamanı Azərbaycan tərəfindən döyüşlərdə istifadə edildikdə çox təsirli və səmərəli oldu”.

Hokm.az xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Udo Oyliq “Deutsche Welle” (DW) nəşrinə müsahibəsində bildirib.

General qeyd edib ki, dronları hərbi əməliyyatların uğurlu olması üçün uyğun variant hesab edir:

“Və onların siyahıların birində (Ukrayna tərəfinin tələb etdiyi silahların siyahısı – red.) olmaması məni təəccübləndirdi. Amma başqa siyahıda, məncə, siyahıya salınıblar.

Mən Ukrayna ordusu üçün pilotsuz təyyarələrin Rusiyanın hücumlarını dəf etməkdə çox mühüm və effektiv rol oynaya biləcəyini təsəvvür edirəm”, – general vurğulayıb.

Udo Oyliq qeyd edib ki, Ukrayna ordusunu gücləndirmək üçün daha sürətlə hərəkət etmək lazımdır: “Təbii ki, xüsusi olaraq qoşunların hərəkətini qorumaq üçün istifadə edilən tanklar və zirehli maşınlar lazımdır. Bu sahədə həm də Ukrayna ordusunun xeyli gücləndiyini görürəm. Ukrayna tərəfinin ona lazım olan silahlarla bağlı ictimaiyyətə açıqlanan siyahısında da həmin silahların istənilən sayı göstərilir. Mən bu rəqəmlər haqqında heç nə demək istəmirəm – onlar, mənim fikrimcə, demək olar, qeyri-realdır. Ancaq Ukrayna ordusunu gücləndirmək üçün lazım olan vasitələrdən danışarkən onu deyə bilərəm ki, orada onların sayı düzgün göstərilib”.

Onun sözlərinə görə, Rusiyanın müharibəyə başlamasından sonra bir neçə gün ərzində özünün “xüsusi əməliyyatı” adlandırılan əməliyyatı həyata keçirə bilməməsi hər kəsi təəccübləndirib: “Beləliklə, Rusiya ordusunda komandanlığa və maddi-texniki təchizata qədər əhəmiyyətli çatışmazlıqlar aşkar edildi. Görünür, onların bütün təminatı həqiqətən daha uzun müddət üçün nəzərdə tutulmayıb. Bu o deməkdir ki, Rusiya ordusu ilkin olaraq, öz hərbi məqsədlərinə yalnız məhdud resurslarla və çox müqavimət göstərmədən nail olacağını gözləyirdi”, – ehtiyatda olan general bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusu Rusiyanın xüsusən də ölkənin şimalındakı hücumunu kifayət qədər uğurla dəf etdi: “Bu, şübhəsiz ki, Rusiya ordusunun komandanlığında və hətta aşağı səviyyələrdə problemlərin mövcudluğuna işarə edir”.report

  •  (0)
  •  (0)