“Allaha əmanət olun” – Ağadadaş Ağayev xəstəxanadan FOTOsunu yaydıbackend

“Allaha əmanət olun” – Ağadadaş Ağayev xəstəxanadan FOTOsunu yaydı

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev bu gün əməmliyyat olunacaq.

Hokm.az axşam.az-a istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə xəstəxanadan görüntüsünü yayımlayıb.

A.Ağayev əməliyyata girdiyini bildirib. “Rəbbim sizləri qorusun. Xəstələrimizə şəfa, dərdlərimizə dərman olsun. Dualarınız üçün çox minnətdaram. Allaha əmanət olun” deyə, müğənni paylaşımında yazıb.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Ağayev İstanbulda xəstəxanaya yerləşdirilib. O, bu gün ikinci dəfə əməliyyata girəcək.

  •  (0)
  •  (0)