“Alkaponi” danışdı: “Dövlətimizə xəyanət etmiş şəxslərlə adımın bir yerdə hallanması yolverilməzdir”backend

“Alkaponi” danışdı: “Dövlətimizə xəyanət etmiş şəxslərlə adımın bir yerdə hallanması yolverilməzdir”

“Qətiyyətlə bildirirəm ki, həyatım boyu Ramiz Mehdiyev və Abdin Fərzəliyevlə (ismini ilk dəfə duyduğum) heç bir görüşüm olmayıb. Əli Həsənovla isə cəmi iki dəfə Avropa Azərbaycanlıları Konqresinin (AAK) toplantısında (Amsterdam, Brussel şəhərində) Azərbaycandan toplantıya gələn qonaqlarla birlikdə olduğu üçün digər diaspor nümayəndələri ilə qısa salam və sağolumuz olub. Bundan sonra Bakıda olduğum müddətdə isə cəmi bir dəfə Əli Həsənovun istəyi üzərinə görüşümüz olub. Görüşün məqsədi ölkə prezidenti cənab İlham Əliyevin mənə olan yüksək hörmətini, mənə yaxın dost olduğunu, mənə güvəndiyini və diaspor fəliyyətimizə yüksək qiymət verdiyini çatdırmaq olub”.

Hokm.az-ın xəbərinə görə, bunu iş adamı Füzuli Məmmədov (Alkaponi) deyib.

O vurğulayıb ki, 1980-ci illərin axırlarından başlayaraq diaspor fəaliyyətində yaxından iştirak edir: “İş adamı kimi qazancımın müəyyən hissəsini Rusiya və Azərbaycan başda olmaqla bütün dünyada yaşayan soydaşlarımın kiçik problemlərinin həllinə ayırıram. Azərbaycanda rüşvətə, korrupsiyaya bulaşmış, uzun illər dövlətimizə xəyanət etmiş şəxslərlə adımın bir yerdə   hallanması əsla yolverilməzdir. Mənim isə dövlətim və xalqım üçün xidmətlərimin ən böyük şahidi ilk öncə hörmətli prezidentimiz cənab İlham Əliyevdir. Mən xalqıma, dövlətimə bağlı bir vətənpərvər şəxs kimi Azərbaycanı bütün varlığımla sevirəm. Uzun illər yarımçıq və cahil zehniyyətə malik ünsürlər tərəfindən dostluğumuzu pozmaq cəhdləri olsada, şükür Allaha, biz alnıaçıq, şərəfimizlə dostluğumuzu qoruduq saxladıq. Ölkə prezidenti cənab İlham Əliyevi özümə ən yaxın dost bilmişəm və bu gündə bilirəm. Son illər ölkəmizdə aparılan  ardıcıl islahatlar xaricdə yaşayan, qəlbi vətən üçün döyünən azərbaycanlı kimi mənim də ürəyimcədir. Kimliyindən asılı olmayaraq ölkəmizdə aparılan islahatlara hər cür dəstək verməlidir. Uzun illər dövlət qrumlarında yüksək vəzifələri ələ keçirərək, xalqımızı əzən, dövlətimizin inkişafını əngəlləyən, onun imicinə xələl gətirən karupsaner məmurlar ədalət məhkəməsi qarşısına çıxarılmalı və laiqli cəzalarını almalıdırlar. Doğrudur hazırda onların müəyyən bir qismi cəzalansada, bu gün dövlət qurumlarında təmsil olunan korrupsiyyaya bulaşmış, Azərbaycan dövlətinin inkişafına, onun beynəlxalq imicinə  böyük zərbələr vuran antimilli ünsürlər təəssüf ki, hələdə yüksək dövlət postlarında qalmaqdadırlar… Bilməliyik ki, Azərbaycan adlı vətənimiz naminə bir yumuruq kimi birləşməsək, xalqımızla və prezidentimizlə birlikdə olmasaq, bizi heç də xoş günlər gözləmir. Uca Allah bu yolda xalqımızın və dövlətimizin yardımçısı olsun”.Pravda.az

  •  (0)
  •  (0)