Alış-veriş edərkən qaçırılan modelin cəsədi kütləvi məzarlıqda tapıldı – FOTObackend

Alış-veriş edərkən qaçırılan modelin cəsədi kütləvi məzarlıqda tapıldı – FOTO

Alış-veriş edərkən naməlum şəxslər tərəfindən qaçırılan 24 yaşlı meksikalı model Yessenia Alvaradonun qalıqları gizli kütləvi məzarlıqda tapılıb.

Hokm.az oxu.az-a istinadən xəbər verir ki, Alvaradonun cəsədindən əlavə məzarda ən azı altı nəfərin də qalıqlarının tapıldığı bildirilir.

Polis cəsədlərin tapıldığı ərazinin sahiblərini saxlayıb.

Onların narkotik kartelləri ilə əlaqəli ola biləcəyi ehtimal olunur.

Model avqustun 14-də Syudad-Obregon şəhərində dörd cinayətkar tərəfindən qaçırılmışdı.

Mərhumun beş yaşlı bir oğlu var.

  •  (0)
  •  (0)