Alimlərdən QORXUDAN XƏBƏRDARLIQ: Bu xalqlar yer üzündən silinəcəkbackend

Alimlərdən QORXUDAN XƏBƏRDARLIQ: Bu xalqlar yer üzündən silinəcək

Alimlər koronavirus pandemiyasının sivilizasiya ilə qarşılıqlı əlaqədən könüllü imtina edərək təmasda olmayan kiçik xalqlar üçün təhlükə yaratması barədə bildiriblər. Mütəxəssislər pandemiya səbəbindən kiçik xalqların yoxa çıxacağı barədə xəbərdarlıq ediblər.

Hokm.az bu barədə Report-a istinadən xəbər verir.

Alimlər bildirirlər ki, kiçik xalqların ən çox yayılmış xəstəliklərə qarşı immuniteti yoxdur. Məsələn, hətta bir neçə gün ərzində müalicə olunan adi qrip də onları öldürə bilər, çünki orqanizmdə qoruyucu antitellər mövcud deyil.

O ki qaldı koronavirusun yayılmasına, bu barədə geniş danışmağa ehtiyac yoxdur. Alimlərin fikrincə, bu, qızılca epidemiyasında olduğu kimi bir çox kiçik xalqların məhvinə səbəb ola bilər.

Braziliya alimləri yerli xalqların ümumi əhali ilə müqayisədə koronavirusdan ölüm riskinin altı dəfə çox olduğunu bildirirlər. Eyni zamanda Ekvador alimləri də oxşar tendensiyadan danışırlar. Onların fikrincə, əsas əhalinin təqribən yeddi faizini təşkil edən kiçik xalqlar tibbi yardımdan və ümumiyyətlə, hər hansı əlaqədən imtinaya görə həyatlarını riskə atırlar.

Alimlərin fikrincə, təmasda olmayan insanlar təcrid olunmalarına baxmayaraq, hələ də COVID-19-a yoluxa bilərlər. Məsələn, taqaeri və taromenane xalqları virusu vaorani hinduları vasitəsilə daşıya bilər. Risk qrupuna həmçinin arara, sapanava və başqa tayfalar da aiddir.

Mütəxəssislər bildirirlər ki, belə tayfaların insanları digər inkişaf etmiş xalqların varlığından xəbərdardırlar, heç bir şəkildə onlarla təmasda olmamağa qərar veriblər.

  •  (0)
  •  (0)