Alimlər koronavirusu zərərsizləşdirməyin ÜSULUNU TAPDIbackend

Alimlər koronavirusu zərərsizləşdirməyin ÜSULUNU TAPDI

ABŞ-ın Pitsburq Universitetinin tədqiqatçıları SARS-CoV-2-ni tamamilə zərərsizləşdirmək üçün təsirli üsul tapıb.

Hokm.az xəbər verir ki, bunun üçün koronavirusa bağlana bilən 100 milyard molekul analiz edilib. Araşdırmanın nəticəsi “Cell” jurnalında dərc olunub.

Alimlər antikordan 10 qat kiçik zülal birləşmələri aşkar edib və ondan koronavirusa qarşı Ab8 preparatının hazırlanmasında istifadə edilib. Kiçik ölçüsü hüceyrələrə yayılma qabiliyyətini artırır və bu, COVID-19-a qarşı effektivliyə müsbət təsir göstərir.

Eyni zamanda tənəffüs yolu ilə də tətbiq oluna bilər və insan hüceyrələrinə bağlanmadığı üçün mənfi təsirlər minimuma endirilir. Tədqiqat nəticələrinə görə, minimal dozası belə laboratoriya heyvanlarındakı viral hissəciklərin sayını 10 qat azaldıb.Publika.az

  •  (0)
  •  (0)