Alimlər koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlayıblarbackend

Alimlər koronavirus və qrip əleyhinə peyvənd-sprey hazırlayıblar

Eyni zamanda həm adi qrip, həm də COVID-19 əleyhinə burun spreyi hazırlanıb.

Korrespondent.net xəbər verir ki, spreyi Honkonq Universitetinin alimləri düzəldiblər.

Spreyin tərkibində qripə və koronavirusa qarşı peyvənd var. Sprey-peyvəndin insanlar üzərində sınaqlarına gələn ay başlanıla bilər. Ehtimal edilir ki, sprey virusların, o cümlədən COVID-19 infeksiyasının birbaşa burunda məhvinə kömək edəcək. Viruslar adətən insan orqanizminə burun vasitəsilə düşürlər.

Peyvənd-spreyin klinik sınaqlardan keçirilməsi üçün əvvəlcə 100-ə yaxın adam cəlb etmək planlaşdırılır.

  •  (0)
  •  (0)