Alimlər DƏHŞƏTLİ PROQNOZU açıqladı: Avropanı “yandıracaq” İSTİLƏR GƏLİRbackend

Alimlər DƏHŞƏTLİ PROQNOZU açıqladı: Avropanı “yandıracaq” İSTİLƏR GƏLİR

İstilik dalğaları dünyanın bir çox yerlərində daha da şiddətlənəcək. Xüsusilə Avropada görünməmiş temperatur yüksəlişi proqnozlaşdırılır.

Hokm.az xəbər verir ki, bu barədə Dünya Meteorologiya Təşkilatının (WMO) verdiyi məlumatda bildirilir. Mütəxəssislər bildirir ki, avropalılar gələcəkdə 50 dərəcədən yuxarı hava temperaturuna hazırlaşmalıdırlar.

Avropa Komissiyası (AK), öz növbəsində, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası hesabatında insan təsiri ilə Yerin sürətli istiləşməyə məruz qalacağını təsdiq qeyd edib. “CO2 və digər istixana qazları (metan kimi) emissiyalarının azaldılmasına və meşələrin və okeanların qorunması üçün tədbirlərin gücləndirilməsinə ehtiyac var. Yalnız bu cür tədbirlər görməklə qlobal istiləşməni dayandırmaq mümkün olacaq” təşkilatın mətbuat xidməti vurğulayıb.

Qeyd edək ki, avqustun əvvəlində Avropada temperatur 44 illik rekord vuraraq, təxminən 49 dərəcəyə çatıb. Avqustun 11-də Siciliyanın Sirakuza şəhərində 48,8 dərəcə temperatur qeydə alınıb. Bu gün üçün əvvəlki rekord 48 dərəcə 1977 -ci ildə Afinada qeydə alınıb.metbuat.az

  •  (0)
  •  (0)