Alimdən dağıdıcı fəlakətin yaxınlaşması barədə XƏBƏRDARLIQbackend

Alimdən dağıdıcı fəlakətin yaxınlaşması barədə XƏBƏRDARLIQ

Yer kürəsində qlobal istiləşmə təbiətdəki su dövranına ciddi ziyan vurur və bu yaxın illərdə dağıdıcı quraqlığa səbəb ola bilər.

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə alim Piter Qleyk iqlim podkastında bildirib.

O qeyd edib ki, temperaturun artması su ehtiyatlarının istehlakını artırır.

“Su anbarlarımızdakı maye daha tez buxarlanır. Kənd təsərrüfatında əkinləri suvarmaq üçün daha çox suya ehtiyac var”, – deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, iqlim dəyişkənliyi dövrünün dəyişməsi ilə bağlı proqnozlar özünü doğrultmaya başlayıb – bu prosesin təbiətə təsiri getdikcə artacaq.

Qleyk gözlənilən fəlakətlər barədə uzun müddət xəbərdarlıq edən alimlərə məhəl qoymayan siyasətçilərdən şikayət edib.

O, bildirib ki, əgər dövlətlər buna daha əvvəl reaksiya versəydi, ən azı qlobal istiləşmənin nəticələrini yumşaltmaq mümkün olardı.

Mütəxəssislər dəfələrlə tepperaturun artımını 1,5-2 dərəcə səviyyəsində məhdudlaşdırmağın vacibliyini qeyd ediblər. Bu məqsədə nail olmaq üçün 190-dan çox ölkə 2015-ci ilin dekabr ayında Paris İqlim Sazişini imzalayıb. Həmin sənəd qlobal istiləşməni yumşaltmaq üçün fəaliyyət planını müəyyən edir.

Sənəddə qazıntı şəklində çıxarılan yanacaqdan tamamilə imtina nəzərdə tutulmur, ancaq dövlətlər iqlim dəyişikliyinə uyğunlaşmaq, tullantıları azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid üçün tədbirlər görməlidirlər.

  •  (0)
  •  (1)