Ali məktəblərə qəbulda plan yerləri ARTIRILDIbackend

Ali məktəblərə qəbulda plan yerləri ARTIRILDI

1992–2021-ci illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2019-cu ilə təsadüf edir. Müqayisəli təhlil göstərir ki, bu illər ərzində ali təhsil müəssisələrinin qəbul planı 2,95 dəfə, abituriyent ərizələrinin sayı isə 1,95 (subbakalavrlarla birlikdə 2,32) dəfə artıb.

Hokm.az xəbər verir ki, bu məlumat 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatında yer alıb.

Hesabatda bildirilir ki, illər üzrə bu göstəricilərin dinamikası müxtəlif olub. Təqdim olunacaq abituriyent ərizələrinin sayının əvvəlcədən proqnozlaşdırılmasına baxmayaraq, qəbul planı tərtib edilərkən heç də həmişə abituriyentlərin gözlənilən sayı nəzərə alınmayıb. Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2021-ci ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub.

Qeyd etmək lazımdır ki, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə mənfi təsir göstərir, ixtisaslar üzrə keçid ballarının aşağı düşməsinə səbəb olur.

  •  (1)
  •  (0)