Ali məktəblərdə yenilik: Tələbələrin yükü tamamən azaldılacaq?backend

Ali məktəblərdə yenilik: Tələbələrin yükü tamamən azaldılacaq?

Məlum olduğu kimi,  Bakı Slavyan Universitetində kollekvium ləğv edilib. 

Bununla yanaşı, yeməkxanada qiymətləri də aşağı salınıb. Dərslər isə 1-ci növbədə 08:30-da başlayacaq.

Maraqlıdır, digər universitetlərdə də kollekviumun ləğvi gözlənilirmi? 

Hokm.az bildirir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, hazırda universitetdə bu məsələ müzakirə olunmayıb, yəni tələbələrdən bu təklif gəlməyib:

“Bəlkə də kütləvi olsa, bizdə də dəyişiklik olar. Mən isə bir müəllim kimi düşünürəm ki, kollekviumların əhəmiyyəti var. Tələbənin ay ərzində keçdikləri təkrarlanır, tələbə imtahana hazırlaşmış olur. Hər ayın sonunda kollekviumlar keçirilir, tələbə ay ərzində keçdiklərini təkrarlamaqla biliklərini möhkəmləndirir. Ona görə mən kollekviumların ləğvini alqışlamıram. Amma hər bir halda verilən qərara hörmətlə yanaşıram”. Təhsil eksperti Kamran Əsədov isə ilk növbədə Baloniya sisteminin tətbiqi məsələsinə toxunub: “Azərbaycanın ali təhsil müəssisələri 2005-ci ildən etibarən Boloniya prosesinə qoşulub. Hər bir dövlətin inkişafında mühim rolu məhz təhsil oynayır, ona görə ki, dövlət yalnız ağıllı, bacarıqlı, yüksək elmə malik olan insanların fəaliyyəti əsasında inkişaf edə, yüksək naliyyətlər qazana bilər. Belə ki, yuxarıdakılar nəzərə alınaraq ölkəmizdə də bu sahəyə xüsusi önəm verilir, təhsilin inkişafı naminə böyük işlərə imza atılır. Amma buna baxmayaraq , bəzi ali təhsil müəssisələri tədrisi, idarəetməni müasir tələblərə uyğun qurmur, hələ də köhnəlmiş, ənənəvi sistemdən istifadə edirlər. Ölkəmiz 15 ildir ki, Boloniya sisteminə qoşulmaqla ölkədə təhsilin keyfiyyətinin daha artmasını təmin etmək, təhsilimizi Avropa ölkələrinin təhsilinə uyğunlaşdırmaq kimi bir sıra öhdəlikləri öz üzərinə götürüb. Amma hələ də universitetlərdə qaib, sərbəst işlər kimi əhəmiyyəti olmayan üsullardan istifadə olunur. Bu sistemə keçid ümumdünya təhsil sisteminə qovuşmaq deməkdir. Dünyada müəyyən təhsil standartları var, o standartlar bu sistemdə daha qabarıq, səmərəli formada özünü göstərir. Ona görə də Azərbaycan təhsili sahəsində aparılan islahatların gedişində Boloniya sisteminə inteqrasiyaya üstünlük verdi. Boloniya sisteminin şübhəsiz ki, müəyyən üstünlükləri var. Məsələn daha opreativ, müasir biliklər almaq, təlimin, tədrisin keyfiyyətini yaxşılaşdırmaq baxımından bu sistemin geniş imkanlar açdığını görmək mümkündür. Boloniya sistemi üzrə müəllim daha məlumatlı olmalı, auditoriyaya daha hazırlıqlı şəkildə girməli, innovasiya texnologiyalarında əks olunan faktlara üstünlük verməlidir”. 

Ekspert Slavyan Universitetində tələbələrin yükünün azaldılması istiqamətində görülən işi müsbət qiymətləndirib:

“Digər tərəfdən, tələbələrə bufetdə güzəştin edilməsi olduqca müsbət sosial addımdır. Tələbələr nə qədər az xərc çəksələr, onlar özlərinə lazım olan kitabları ala, özlərini təkmilləşdirmək üçün kurslara, seminar və təlimlərə gedə bilərlər. Bu, eyni zamanda Slavyan Universitetində təhsilin keyfiyyətinin daha da artmasına gətirib çıxaracaq. Digər universitetlərdə də tətbiq olunması daha yaxşı olar, çünki tələbələrin yükünü azaltmaq üçün ən optimal variantdır”.Cebhe.info

  •  (0)
  •  (0)