Ali Məhkəmə hakimlərindən neçə nəfər koronavirusdan dünyasını dəyişib? – AÇIQLAMAbackend

Ali Məhkəmə hakimlərindən neçə nəfər koronavirusdan dünyasını dəyişib? – AÇIQLAMA

Bu vaxta qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərindən yalnız bir nəfər koronavirusdan dünyasını dəyişib.

Bunu Publika.az-a açıqlamasında Ali Məhkəmənin sözçüsü Allahverdi Məmmədli deyib. Allahverdi Məmmədli bildirib ki, koronavirusdan dünyasını dəyişən Ali Məhkəmənin yeganə hakimi mərhum İnqilab Nəsirovdur. Onun sözlərinə görə, Ali Məhkəmə hakimlərindən məlum virusa yoluxaraq dünyasını dəyişən olmayıb:

“Hazırda bu virusa yoluxanlar, durumu ağır olanlarla bağlı elə bir fakt yoxdur”.

Qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İnqilab Nəsirov bu il yanvarın 6-da 57 yaşında dünyasını dəyişib.

  •  (0)
  •  (0)