Ali Baş Komandan 44 gün ərzində Azərbaycan ordusunun zəfər tarixçəsini yüksək peşəkarlıqla təsvir etdibackend

Ali Baş Komandan 44 gün ərzində Azərbaycan ordusunun zəfər tarixçəsini yüksək peşəkarlıqla təsvir etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının redaktoru İəKo0rotçenkoya geniş müsahibə vermişdir. Ali Baş Komandan 44 gün ərzində Azərbaycan ordusunun zəfər tarixçəsini yüksək peşəkarlıqla təsvir etmişdir. Həmin müddət ərzində ordumuz ancaq irəliləmiş və elə müharibənin ilk günüdə Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi.

Müharibədə qazanılan qələbə asanlıqla başa gəlməmişdir. Uzunmüddətli hazırlıqlardan sonra belə bir qərar qəbul etmişdir. Ordunun təzhizatı və təminatı yüksək səviyyədə təşkil olunmuş və ordu müharibəyə hazırlanmışdır. Döyüş başlanandan sonra demək olar ki, döyüş əməliyyatları planına hər gün düzəlişlər edilmişdir. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə birgə hər gün müşavirələr keçirilir, ötən günə yekun vurularaq, nöqsanlar aşkar edilir, növbəti gün üçün əməliyyatlar planlaşdırır və təsdiq edilirdi. Buna görə də çox zaman bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu.

Ordunun ruh yüksəkliyinin əldə olunan qələbədə mühüm əhəmiyyətə malik olmuşdur. Önəmli mərhələlərdən biri düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. Zəfəri təmin edən uğurlu hərbi əməliyyatlardan biri də Hadrut əməliyyatıdır. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı. Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək lazımdır.

Müharibənin gedişi zamanı istifadə olunan PUA-lar, o vaxta qədər belə böyük miqyasda onlardan istifadə olunmamışdır. Azərbaycan pilotsuz uçuş aparatları almağa 10 il bundan əvvəl başlamışdır. Bunlar İsrail istehsalı olan qırğın vasitələri idi. Biz onları mənimsədik və tətbiq etdik. Daha sonra ölkəmiz İsraildə istehsal edilmiş “Sky Striker” adlı pilotsuz vasitələri almağa başladı. Azərbaycan həm kəşfiyyat, həm də döyüş təyinatlı “Orbiter” PUA-ları da almışdır. Türkiyə PUA-lar istehsalına başlayan kimi biz “Bayraktar TB2”lərin ilk xarici alıcısı olduq. Döyüş əməliyyatları zamanı “Bayraktar”ların bir neçəsi daim havada olurdu.

“Bayraktar”lar Erməni ordusunun kabusuna çevrilmişdir. Onlardan istifadə edilməsi döyüş əməliyyatlarının aparılmasında, bizim silahlı qüvvələrin irəliləməsi və yeni mövqelər tutması üçün yolların təmizlənməsində, habelə itkilərin minimallaşdırılmasında bizə çox kömək etdi. Müharibə dövründə biz 366 tankı, böyük miqdarda zirehli texnikanı və artilleriya toplarını məhv etdik və qənimət kimi götürdük.

Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək lazımdır. Hərbi əməliyyatların müəyyən mərhələsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları da cəlb edilmişdir. Dəniz piyadaları da, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi əməliyyat qüvvələri də özlərini çox fəal və səmərəli göstərdilər. Beləliklə, bizdə 7 xüsusi təyinatlı qüvvə vardı, lakin əlbəttə, əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi. Ötən il noyabr ayını 10-da üştərəfli bəyanatı imzalayan Ermənistan kaputilyasiya aktını imzalamış oldu.

Azərbaycanı müharibəyə ermənistanın rəsmi siyasəti sövq etdi. Rəsmi İrəvan öz davamlı təxribatları ilə Azərbaycanı hər zaman açıq döyüşlərə təhrik edirdi. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatları, əslində, danışıqlar prosesindən çıxmaq demək idi.

Müharibə istəyəyn ermənistan onu bütün hüquqi normaları pozmaqla aparırdı. Belə ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Deməli əsas məqsəd məhz Gəncədə mülki əhalini məhv etmək idi. Tərtər şəhəri daha çox zərər çəkib. Çünki cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşirdi, hər gün artilleriya atəşinə tutulurdu. Bu kiçik şəhərə 16 mindən çox mərmi atılıb.

İşğaldan azad olunmuş ərazilərdə qiymətləndirilmə üzrə iş aparılırvə bu işi həyata keçirmək üçün Azərbaycan beynəlxalq hüquq şirkətlərini cəlb etmişdir. Onlar qiymətləndirmə aparır, gələcəkdə beynəlxalq məhkəmələrdə hüquqi iddialar qaldırılmasında bizə kömək edəcəklər. Çünki Ermənistan törətdiyi cinayətlərə – bizim əmlakımızın talan edilməsinə, tarixi abidələrin, vətəndaşların əmlakının məhv edilməsinə, meşələrin qırılmasına, çaylarımızın və göllərimizin çirkləndirilməsinə, işğal altında olan ərazilərimizdə faydalı qazıntılardan qanunsuz istifadə edilməsinə görə cavab verməlidir, bütün bunlar hesablanır. Faydalı qazıntıları qanunsuz hasil edən xarici şirkətlər barəsində hüquqi prosedurlar hazırlanıb. İndi bu proses artıq reallaşma mərhələsindədir.

Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-lərə müsahibələr vermişdir. Bu müsahibələrin hər birisi cəbhədə əldə olunan uğurların siyasi cəhətdən bərkidilməsinə və xalqımızın Qələbəsinin dünyada etiraf edilməsinə xidmət etmişdir.

Azərbaycan azad olunmuş ərazilərdə bərpa işlərinə başlamış və bu siyasət uğurla davam etdirilir. Eyni zamnda, sülh müqaviləsinin hazırlanması üçün lazımi addımlar atılır. Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinə başlamağa hazırdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə çevrilmişdir.ermənistan və onu dəstələyən qüvvələr anlamalıdırlar ki, artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz. Azərbaycan maraqlıdır ki, regionda sülh daimi olsun və biz qardaş dövlət türkiyə ilə birlikdə buna nail olmağa çalışırıq.

Zaur Abbasov — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, rayonun fəal gənci

  •  (0)
  •  (0)