Aldığı bitkoinləri 8 il sonra satıb milyonçu oldubackend

Aldığı bitkoinləri 8 il sonra satıb milyonçu oldu

2013-cü ildə açılmış bitkoin hesabının sahibi yalnız bugünlərdə yenidən hesabına daxil olub.

Hokm.az xəbər verir ki, 8 il öncə açılmış kriptovalyuta hesabına 205 bitkoin əlavə edilib. Ötən illər ərzində hesabın sahibi heç bir aktivlik göstərməyib, hesabla bağlı heç bir əməliyyat aparmayıb.

Yalnız bir neçə gün öncə o, bitkoinlərini sataraq küllü miqdarda gəlir əldə edib.

2013-cü ildə 64.508.1 dollar ödədiyi kriptovalyutanı satan şəxs 11.759.638 dollar qazanıb.

Beləliklə də, vaxtilə aldığı kriptovalyuta hesabına daha bir şəxs milyonçu olub.

  •  (0)
  •  (0)