Aldığı ayaqqabı şoka saldı: İçindən qeyri-adi məktub çıxdı – FOTObackend

Aldığı ayaqqabı şoka saldı: İçindən qeyri-adi məktub çıxdı – FOTO

Rusiya vətəndaşı olan Arslan adlı gənc internet mağazadan sifariş etdiyi “The North Face” firmasının ayaqqabılarını alanda gözlənilməz sürprizlə üzləşib. Belə ki, ayaqqabıların birinin içindən məktub çıxıb.

Hokm.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, ingilis dilində olan mətndə belə yazılıbmış:

“Yardım edin. Mən Çində həbsxanadayam. Xahiş edirəm, kömək edin. Uyğur!”

Arslan bu ismarıcdan bərk narahat olaraq bir neçə yerə müraciət etsə də, onun səsisə səs verən tapılmayıb. Nəhayət gənc çıxış yolunu məktubu sosial şəbəkədə paylaşmaqda görüb.oxu.az

  •  (1)
  •  (0)