“Alatoran”ın “Ceykob”u bu qızla NİŞANLANDI – FOTObackend

“Alatoran”ın “Ceykob”u bu qızla NİŞANLANDI – FOTO

Məşhur “Alatoran” (“Twilight”) filminin baş qəhrəmanlarından biri olan, “Ceykob Blek” rolu ilə tanınan Teylor Lotner nişanlanıb.

"Alatoran"ın "Ceykob"u bu qızla NİŞANLANDI - FOTO

Hokm.az Big.az-a istinadən xəbər verir ki, kaliforniyalı tibb bacısı Tey Doum ilə nişanlandığı barədə 29 yaşlı aktyor şəxsi “İnstagram” səhifəsində paylaşım edib.

“Beləliklə, bütün arzularım gerçəkləşdi. 11.11.2021”, – deyə o, evlilik təklifi etdiyi anın fotosunu paylaşaraq yazıb.

"Alatoran"ın "Ceykob"u bu qızla NİŞANLANDI - FOTO

Eyni şəkilləri nişanlısı Tey də öz səhifəsində yerləşdirib və “Mənim ən yaxın dostum. Əbədiyyəti səninlə keçirmək üçün səbirsizlənirəm” sözlərini qeyd edib.

"Alatoran"ın "Ceykob"u bu qızla NİŞANLANDI - FOTO

Daha sonra Lotner ikisinin daha bir səmimi fotosunu dərc edərək hisslərini belə ifadə edib:

["Alatoran"ın "Ceykob"u bu qızla NİŞANLANDI - FOTO

“Səninlə əbədi olaraq birlikdə olmaq üçün səbirsizlənirəm! Məni qeyd-şərtsiz sevirsən. Bütün mənfilərimə dözürsən. Narahat olduğum zaman məni sakitləşdirirsən. Məni çox güldürürsən. Hər günümü özəl edirsən. Ən əsası isə, məni daha yaxşı birinə çevirirsən. Həyatıma etdiyin qatqıya görə sənə nə qədər təşəkkür etsəm, azdır. Səni sonsuzadək sevirəm”.

 

  •  (0)
  •  (0)