Akardan SƏRT AÇIQLAMA: bu qüvvələr hədəf olacaqlarbackend

Akardan SƏRT AÇIQLAMA: bu qüvvələr hədəf olacaqlar

“Hərbi cinayətkar, qatil Haftar və onu dəstəkləyənlər bilməlidirlər ki, türk qüvvələrinə ediləcək hansısa hücum cəhdində Haftar ünsürləri qanuni hədəf olaraq görüləcək”.

Hokm.az xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Liviyada məsul olan hərbçilərlə görüşü zamanı deyib.

 

Akar 83 milyon əhalinin təhlükəsizliyini təmin edən Türkiyə Silahlı Qüvvələrinin Liviyanın, həmçinin Azərbaycan və Kipr kimi dost və qardaş ölkələrin də təhlükəsizliyinə qatqı təmin etmək üçün səy göstərdiyini dilə gətirib: “Türkiyə başda qonşuları olmaqla bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. Liviyada əsas problem Haftar və tərəfdarlarıdır. Təəssüf ki, dünya bunlara qarşı susmağa davam edir, amma inanırıq ki, Milli Barışıq Hökuməti insanlığa qarşı bu cinayətlərə göz yummayacaq. Beynəlxalq Cinayət Məhkəməsindəki istintaqın davam edəcəyinə və lazımi araşdırmaların aparılaraq hesabat veriləcəyinə inanırıq”, – nazir qeyd edib.Publika.az

  •  (0)
  •  (0)