Akardan Azərbaycana DƏSTƏK AÇIQLAMASI: “Ölərsəm şəhid, qalarsam qazi” anlayışı ilə…backend

Akardan Azərbaycana DƏSTƏK AÇIQLAMASI: “Ölərsəm şəhid, qalarsam qazi” anlayışı ilə…

“Türkiyə Silahlı Qüvvələri Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında daxildə və sərhəddən kənarda həm özlərinin, həm də Şimali Kipr Türk Cümhuriyyəti, Liviya, Azərbaycan kimi dost və qardaşlarının hüquq və mənafelərini qorumaq üçün “gecə-gündüz”, “dağ-təpə”, yaz-qış demədən “Ölərsəm şəhid, qalarsam qazi” anlayışı ilə mübarizəni davam etdirir”.

Hokm.az “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə Böyükşəhər Bələdiyyəsi Məclis Salonunda etdiyi çıxışında deyib

Hulusi Akar Cümhuriyyət tarixinin ən gərgin əməliyyat dövrünün yaşandığını əlavə edib.

  •  (0)
  •  (0)