Türkiyə ordusu terrorçulara qarşı əməliyyata hazırdır.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, Türkiyə cənubdakı terrorçuların varlığını qəbul etməyəcək.
“Silahlı Qüvvələrimiz bütün vəfizələrini yerinə yetirməyə tam hazırdır”, – Akar bildirib.
Ərdoğan Suriyada yeni əməliyyatın hazırlıqlar tamamlandıqdan sonra başlayacağını elan etmişdi. Akarın bu açıqlaması hazırlıqların tamamlandığının və yaxın günlərdə hərəkətə keçiriləcəyinin siqnalı olaraq qəbul edilir.