Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlibbackend

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlib

Avropa İttifaqının (AI) Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edib.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, bu barədə T.Klaar öz “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, iki gün davam edəcək görüşlər üçün Bakıya gəlib:

“Aİ Cənubi Qafqazda sülh və sabitliyin olmasında maraqlıdır. Gərginliyin azaldılması və ATƏT Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında ilkin şərtlər olmadan substantiv danışıqlar prosesini bərpa etmək vacibdir”.

 

  •  (0)
  •  (0)