Ağsuda AĞIR QƏZA: xəsarət alan varbackend

Ağsuda AĞIR QƏZA: xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağsu rayonunun Qiyaslı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Hokm.az-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qrupu cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə 1 nəfər deformasiyaya uğrayan “Hyundai” markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  •  (0)
  •  (0)