Ağsu və ətraf rayonların əhalisinin diqqətinə! – Pulsuz hüquqi yardım göstəriləcəkbackend

Ağsu və ətraf rayonların əhalisinin diqqətinə! – Pulsuz hüquqi yardım göstəriləcək

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.

Hokm.az-ın E-huquq.az-a istinadla məlumatına görə, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 01 fevral 2020-cu il tarixdə “Mirzəyev və partnyorları” Vəkil Bürosu tərəfindən Ağsu rayon “Uşaq Gənclər İnkişaf Mərkəzi”ndə, saat 10:00-13:00-da Ağsu və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.


Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.

Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/

  •  (0)
  •  (0)