Ağstafa rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Hokm.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən yeraltı təklanlar yerli vaxtla saat 06:31-də qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada baş verib. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, zəlzələ hiss olunmayıb.
















