Ağstafada yük maşını ilə minik avtomobili toqquşub, ölən və yaralananlar varbackend

Ağstafada yük maşını ilə minik avtomobili toqquşub, ölən və yaralananlar var

Ağstafa rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hokm.az-ın xəbərinə görə, qəza Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Qəza zamanı 1 nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP və FHN-in əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.apa

  •  (1)
  •  (1)