Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hokm.az xəbər verir ki, rayonun ərazisində 2 avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.
















