Ağstafada başçı müavini parkda çayxana açıb – FOTOLARbackend

Ağstafada başçı müavini parkda çayxana açıb – FOTOLAR

Ağstafanın mərkəzində yerləşən Səməd Vurğun parkında icra başçısının müavini İlqar Hacıyev çayxana tikdirib.

Hokm.az xəbər verir ki, obyekt Əli adlı şəxs tərəfindən idarə olunsa da, gerçək sahibi icra başçısı Seymur Orucovun müavini İlqar Hacıyev olduğu deyilir. Sakinlərin istirahət parkının zəbt edilərək çayxanaya çevrilməsi narazılıqla qarşılanıb. Şübhəsiz ki, İ.Hacıyevin bu biznesindən icra başçısı məlumatlıdır.

Prostatitin düşmanı № 1! Yatmamışdan axşam edin nəticə şok edəcək

Prostatitə son! Turk həkimlərdən şok aciqlama! 3 gunə yox olacaq!

Prostatitin düşmanı! Yatmamışdan qabaq bunu edin nəticə şok edəcək…

Lakin S.Orucov özü də Gədəbəydə su sexi açdığı kimi, müavininin də Ağstafada çayxana açmasına göz yummaqdadır. Məlumatda deyilir ki, İ. Hacıyevin qardaşı da vəzifəli şəxsdir. Belə ki, Vüqar Hacıyev Nəqliyyat Departamentinin Regional İdarə rəisidir. Bundan başqa, həmin parkda bir müddət əvvəl 4 ağacı kəsib başqa bir tikiliyə yol açılıb. Bu tikili isə Mikayıl Əsədov adlı şəxsə aiddir. M. Əsədov isə Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin rəisi Elçin Əsədovun qardaşıdır.

M. Əsədov ağacları kəsdirib öz obyektinə yol əldə edib. Onun Ağstafada “İS Petrol” yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərir. Bu faktlar onu deməyə əsas verir ki, rayonda Səməd Vurğun parkı məmurların, onların yaxınlarının arasında bölüşdürülüb, obyektlərə, çayxanalara qurban verilib. Rayonun gənc və islahatçı kimi təqdim edilən icra başçısı Seymur Orucov isə müavinin bu məsələlərə vaxt ayırmağa həvəsli görünmür.Reportyor.info

  •  (0)
  •  (1)