“Ağlayanda onu gözümün qabağına gətirib deyirəm ki…” – Şəhidin həyat yoldaşı sözləri ilə ÜRƏK DAĞLADI – VİDEObackend

“Ağlayanda onu gözümün qabağına gətirib deyirəm ki…” – Şəhidin həyat yoldaşı sözləri ilə ÜRƏK DAĞLADI – VİDEO

Xalq artisti Əli Nurun oğlu Baş Leytenant Rövşən Nuruzadə şəhid olub.

Hokm.az xəbər verir ki, “Bizimləsən” verilişi şəhidimizin ailəsi ilə reportaj hazırlayıb. Şəhidin həyat yoldaşı Rövşən haqqında danışaraq kövrəlib:

“İyirmi ildi ailə qurmuşduq. İki övladımız var. On ildir hərbidə işləyirdi. Heç vaxt ağlıma gəlməzdi ki, belə şey ola bilər. Çünki bizi arxeyn eləmişdi ki, qələbə ilə qayıdacam. Özü də fəxr edirdi. Bizim də həmişə onunla fəxr etməyimizi istəyirdi.Ağlamağımızı heç vaxt istəmirdi. Ağlayanda deyirəm ki, ağlamayacam. Onu gözümün qabağına gətirib deyirəm ki, ağlamayacam. Həmişə istədiyimiz olmur amma bu dəfə oldu”.big.az

Həmin görüntüləri təqdim edirik:

  •  (3)
  •  (3)