“Ağladıqca kişi qeyrətsiz olur” – Aqil Abbasdan İranın hədəsinə REAKSİYAbackend

“Ağladıqca kişi qeyrətsiz olur” – Aqil Abbasdan İranın hədəsinə REAKSİYA

Xəbər verdiyimiz kimi, İranın dini lideri Seyid Əli Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycanı hədələyib.

Belə ki, ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirərkən Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Şir deyəndə ayətullah Amili İranı nəzərdə tutub.

Onun bu fikirləri Azərbaycanda birmənalı qarşılanmayıb. Belə ki, Seyid Həsən Amilinin fikirlərinə sosial mediada ciddi etirazlar edilib.

Hokm.az xəbər verir ki, redaktor.az mövzu ilə bağlı Milli Məclisin deputatı Aqil Abbasdan açıqlama alıb. Deputat öz fikirlərini, Mirzə Ələkbər Sabirin “Ağladıqca kişi qeyrətsiz olur” satirik şeiri ilə ifadə edib:

“Ağladıqca kişi qeyrətsiz olur,

Necə ki, ağladı İran oldu…”.

  •  (1)
  •  (0)