Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?backend

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:

“Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur. Axşam saat 19:00 radələrində həkimlərin növbəti baxışı olacaq. Vəziyyəti dəyərləndirildikdən sonra, köçürülmə prosesinin səhhətinə mənfi təsir etməyəcəyinə rəy verilsə, Mərkəzi Gömrük Hospitalına yerləşdirmək istəyirik”.

“Sənətçinin həyat yoldaşı Kəmalə Əlizadənin vəziyyəti isə stabil olaraq qalır”, – deyə R.Qarayev qeyd edib.

  •  (0)
  •  (1)