Ağdaşda çay evinin qaydaları pozduğu aşkarlandıbackend

Ağdaşda çay evinin qaydaları pozduğu aşkarlandı

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı şəhər ərazisində yerləşən “Xan” çay evinin xüsusi karantin rejimi qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərdiyi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Hokm.az-a verilən məlumata görə, obyekti icarə əsasında işlədən Fərid Nəbizadə polis şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

  •  (0)
  •  (0)