Ağdamın Təhsil Şöbəsinin müdirəsi bacısı oğluna toy edib? – Açıqlamabackend

Ağdamın Təhsil Şöbəsinin müdirəsi bacısı oğluna toy edib? – Açıqlama

Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanovanın bacısının oğluna toy mərasimi keçirilməsi ilə bağlı bəzi informasiya resurslarında məlumat yayılıb.

Hokm.az xəbər verir ki, “Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumata görə iyul ayının 9-da qapalı məkanda, çoxsaylı insanların iştirakı ilə Təhsil Şöbəsinin müdirəsinin bacısının oğluna toy mərasimi keçirilib və karantin rejiminin qaydaları sərt şəkildə pozulub.

Saytımızın həmin ailədən aldığı məlumata görə isə yayılan bu məlumatlar həqiqəti əks etdirmir. Aldığımız məlumata görə sözügedən məclis Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanovanın bacısı oğlunun nişan mərasimi olub və mərasim 2020-ci ilin mart ayının 8-də Yevlax şəhərində keçirilib:

“Yayılan məlumatlar qərəz xarakteri daşıyır və həqiqəti əks etdirmir. Çünki həmin nişan məclisi 2020-ci ilin mart ayının 8-də Yevlax şəhərində keçirilib. Karantin rejimi isə mart ayının 13-dən tətbiq olunub. Yəni hansısa karantin rejiminin pozulmasından söhbət belə gedə bilməz. Məlumatda yayılanlara görə məclis iyun ayının 9-da keçirilib. Bu tamamilə yalan və əsası olmayan məlumatdır. Buna aid bütün materiallarla Correct.az saytını detallarla tanış edirik. Xahiş edirik ki, yayılan məlumatlara aydınlıq gətirəsiniz”.

  •  (0)
  •  (0)