Ağdamın kəndində yaşayan erməni: “Türklərə qalmasın deyə ən doğrusu yandırmaqdır!” – VİDEObackend

Ağdamın kəndində yaşayan erməni: “Türklərə qalmasın deyə ən doğrusu yandırmaqdır!” – VİDEO

Məlum olduğu kimi, noyabrın 20-nə kimi Ağdamın daha 7 kəndi Azərbaycana qaytarılacaq. 

Hokm.az konkret.az-a istinadən xəbər verir ki, bunlar keçmiş Ağdərə rayonunun Yeni Marağa, Mollalar, Seysulan, Papravənd, Boyəhmədli, Əliağalı, Ciləbürt kəndləridir.

Ağdərə rayonu ləğv edildikdən sonra bu kəndlər Ağdam rayonuna birləşdirilib.

Lakin ermənilər boşaltmaq məcburiyyətində qaldırları bu kəndləri də yandırmağa başlayıblar. Boyəhmədli kənd sakini erməni əsilli mağaza sahibi Armen deyir ki, əşyalarını daşıya bilməyəcək. Ona görə də mağazanın türklərə qalmaması üçün yandırır:

Dünən xəbər verdilər ki buradan sabah saat 21-ə qədər getməliyik. hər şeyi aparmaq olmur, ona görə də ən doğrusu yandırmaqdır. Türklərə qalmasın! Bu yandırdığım mənim dükanımdır, evim də bir az aşağıdadır, onu da yandırmışam. Evdən heç nə apara bilməyəcəm. Ancaq uşaq əşyalarını apara biləcəm, ona görə də yandırmaq lazımdır.10 ildir burada yaşayırdım.3 oğlum var. Biri 6, digəri 4, o biri isə 4 aylıq. İndi onlar Ermənistandadır.

  •  (0)
  •  (0)