Minaya düşərək həlak olmuş Ağdam rayon sakini Cəsarət Hətəmxanovun meyiti ailəsinə təhvil verilib.
Bu barədə Hokm.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, onun nəşi Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən minalarla və partlayıcı maddələrlə çirklənmiş ərazidən götürülüb.
















