Ağdamda buldozer minaya düşübbackend

Ağdamda buldozer minaya düşüb

Ağdamda körpü-bina tikinti texnikası minaya düşüb.

Hokm.az APA-ya istinadən bildirir ki, hadisə yeni inşa edilməkdə olan Ağdam-Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisində baş verib. Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Məmmədov Xalid Asif oğlunun idarə etdiyi LIQONK markalı buldozeri erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb. Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)