Ağdama getmək istəyənlərin nəzərinə!backend

Ağdama getmək istəyənlərin nəzərinə!

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb.

Hokm.az xəbər verir ki, E. Hüseynov bu barədə tvitter hesabında məlumat yayıb.

O bildirib ki, səfərə qatılmaq üçün [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVİD pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur: “Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir”.

Qeyd edək ki, ötən gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz şəhərlərinə səfər ediblər.

  •  (1)
  •  (0)