Ağdam sakini minaya düşdü, ayağı amputasiya edildibackend

Ağdam sakini minaya düşdü, ayağı amputasiya edildi

Ağdamda qoyun otaran şəxs ninaya düşüb. Hadisə işğaldan azad edilmiş ərazidə baş verib. Xəstəxanaya yerləşdirilən 38 yaşlı Arif Quliyevin sol ayağı amputasiya edilib.

Hokm.az xəbər verir ki, hadisə ötən axşam Ağdam rayonu ərazisindəki Ergi düzü adlanan yerdə baş verib. Xocalıdan məcburi köçkün olan və Ağcabədinin Yuxarı Qiyaməddinli kəndində məkunlaşan 38 yaşlı Arif Quliyev işğaldan azad edilmiş ərazidə qoyun otararkən minaya düşüb.
Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilən Arif Qulievin sol ayağı amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.
  •  (0)
  •  (0)