Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən və Kərəm İsmayılov küçələrinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Hokm.az xəbər verir ki, bunu Xidmət rəsmisi Vaqif Cavadov bildirib. Onun sözlərinə görə, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “S and N” MTK tərəfindən kəsildiyi və təbiətə 4500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Qeyd edilib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.