Ağ Partiya dövlət qeydiyyatına alındı – Bu siyasi təşkilatlara da dövlət reyestrindən çıxarışlar verildibackend

Ağ Partiya dövlət qeydiyyatına alındı – Bu siyasi təşkilatlara da dövlət reyestrindən çıxarışlar verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafı, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsi və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülür.

Bu barədə Hokm.az-a Ədliyyə Nazirliyindən bildirlib.

Qeyd edilib ki, daha 3 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.

Görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb.

Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.

  •  (0)
  •  (0)