Ağ Evin keçmiş sözçüsü: “Kim Çen mənə baxıb, göz vurdu, Tramp isə “qəhrəman olacaqsan” dedi”backend

Ağ Evin keçmiş sözçüsü: “Kim Çen mənə baxıb, göz vurdu, Tramp isə “qəhrəman olacaqsan” dedi”

Ağ Evin keçmiş sözçüsü Sara Sanders növbəti həftə işıq üzü görəcək “Öz adımdan danışmaq” adlı kitabında Tramp administrasiyasında xatirələrinə yer verib.

Hokm.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Sara Sanders Şimali Koreya lideri Kim Çen Inın qatıldığı Sinqapur zirvəsində ona göz vurduğunu yazıb. Keçmiş Ağ Ev sözçüsü ABŞ Prezidenti Donald Trampa bu hadisəni danışanda onun buna güldüyünü və “Kim Çen In sənə sataşıb” dediyini vurğulayıb. D.Tramp daha sonra S.Sandersə “özünü Tramp administrasiyası üçün fəda etməlisən” tipli zarafatlar edib.

“Kim Çen In başını salladı və mənə göz vurdu. Özümü itirdim. Dərhal başımı aşağı salıb qeydlər götürməyə davam etdim. Hadisəni Trampa danışanda zarafatla dedi ki, “Sara məsələ həll oldu. Şimali Koreyaya gedib komandamız üçün özünü fəda edəcəksən. Həyat yoldaşın və uşaqların səndən ötrü darıxacaq, ancaq ölkən üçün qəhrəman olacaqsan”, – deyə S.Sanders bildirib.

  •  (0)
  •  (4)