Adamları girov götürən erməni təslim oldubackend

Adamları girov götürən erməni təslim oldu

İrəvan şəhərindədki “Erebuni-Plaza” Ticarət Mərkəzinə silahlı basqın edən şəxs polisə təslim olub.

Hokm.az-ın Cebhe.info-ya istinadən məlumatına görə, bu gün saat 14.50 radələrində “Erebuni-Plaza”da tapançadan atəş açaraq kafedəki insanları girov götürən şəxsin Aşot Aqaronyan olduğu müəyyənləşib.

Aqaronyan silahını polisə təhvil verib. Rəsmi məlumata gröə, hadisə nəticəsində xəsarət alan olmayıb. Ermənistan Polisinin rəisi Arman Sarkisyanla aparılan danışıqlardan sonra Aşot Aqaronyan silahını verərək təslim olmağa razılaşıb.

Hadisənin səbəbləri dəqiqləşdirilir. Qeyd edək ki, Ermənistanın eks-prezidenti Robert Köçəryanın ofisi də “Erebuni-Plaza”da yerləşir. Hadisə ilə bağlı jurnalistlərin suallarını cavablandıran ofisin rəhbəri Viktor Soqomonyan insidentin onlarla bağlı olmadığını deyib.

Köçəryanın nümayəndəsinin sözlərinə görə, hadisə baş verən zaman nahar vaxtı olduğundan ofiisdə heç kim olmayıb. “Bundan sonra ofisə qayıda bilmədik. Çünki polis ərazini bağlamışdı. Bu hadisənin ikinci prezidentin ofisi ilə və bizimlə nə qədər əlaqəli olduğunu bilmirəm”- Soqomonyan belə söyləyib.


Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.

Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/

  •  (0)
  •  (0)