ADA Universitetinin rektoru, Xarici İşlər Nazirinin müavini, səfir Hafiz Paşayev istənilən sahədə yeni fəaliyyət qurulmasının çətin, eyni zamanda, şərəfli olduğunu vurğulayıb. Rektor bu sahədə ADA Universitetinin keçdiyi yol və əldə etdiyi təcrübə haqqında fikirlərini bölüşüb, peşəkar kadrların cəlb edilməsinin, tədqiqatçı kollektivin formalaşmasının vacibliyini vurğulayıb.
Hafiz Paşayev cəmiyyət həyatında müxtəlif sahələrin uğurlu inkişafının müəyyən edilməsində ilk olaraq ictimai rəyin öyrənilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan kadr hazırlığında ən fundamental sosial institut olan təhsil sahəsinin strateji istiqamət kimi diqqət mərkəzində saxlanılmasını tövsiyə edib. ADA Universitetində təhsillə bağlı sosioloji sorğulara böyük əhəmiyyət verildiyini, bəzi mövzular üzrə universitetdaxili ictimai rəy sorğuları keçirildiyini diqqətə çatdırıb.
Hafiz Paşayev Azərbaycanda kadr hazırlığında, məktəbli və gənclərin gələcək peşə, ixtisas seçimində təhsil mühitinin əvəzsiz rolunu qeyd edib. Qabaqcıl dünya təcrübəsində ixtisas seçiminin məktəb yaşlarından: zamanın çağırışlarını nəzərə almaqla, ilk növbədə, istedad və qabiliyyəti aşkara çıxarmağa imkan verən təhsil/məktəb mühitinin formalaşdığını vurğulayıb. ADA Universitetinin rektoru STM-lə bu istiqamətdə birgə tədqiqat layihəsinin həyata keçirilməsini də tövsiyə edib.
Görüşdə rektor Hafiz Paşayev STM əməkdaşlarının suallarını cavablandırıb, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.
Hokm.az
















