Ad günü keçirmək istəyən 15 nəfər cərimələndi – VİDEObackend

Ad günü keçirmək istəyən 15 nəfər cərimələndi – VİDEO

Kürdəmirdə karantin rejimini pozan kafe aşkarlanıb.

Hokm.az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Xəlsə kəndində fəaliyyət göstərən kafedə 15 nəfər rayon sakininin ad günü keçirərək karantin qaydalarını pozması faktı aşkarlayıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kafe sahibi Babaşov Namiq Cəfər oğlu və onun müştəriləri saxlanılaraq rayon polis şöbəsinə dəvət olunublar.

İlkin olaraq polis əməkdaşları onlara karantin rejiminin qaydalarını izah ediblər.

Saxlanılanlar etdikləri əməldən peşman olduqlarını bildiriblər. Sonra onların hər biri barəsində inzibati xətalar məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən inzibati cərimə tətbiq olunub.

  •  (0)
  •  (0)