Aciz qalan Ermənistan feyk xəbərlər yayır – MNbackend

Aciz qalan Ermənistan feyk xəbərlər yayır – MN

“Son sutka ərzində əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətinlə döyüşlər davam edib, Zəngilan istiqamətində düşmənin təxribatının qarşısı alınıb”.

Hokm.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər istiqamətində Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdıldığını qeyd edən A. Eyvazov deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı qarşısında aciz qalan Ermənistan feyk xəbərlər yayır: “Azərbaycan Ordusu dəqiq zərbələrlə yalnız legitim hərbi hədəfləri məhv edir və bu, aydın çəkilən görüntülərdə də əksini tapıb”.

  •  (1)
  •  (0)