“AccessBank” bağlana bilər: Yığılmış zərəri 180 milyon manata çatdıbackend

“AccessBank” bağlana bilər: Yığılmış zərəri 180 milyon manata çatdı

AccessBank” QSC 2021-ci il sentyabrın 30-na maliyyə hesabatını açıqlayıb.
Sözügedən dövrə bankın cəmi aktivləri 944,895 mln manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% çoxdur. Bankın müştərilərə verilmiş kreditlərinin həcmi isə il ərzində 84 mln manat və ya 7,2% artaraq 572,160 mln manat təşkil edib.
ÖHDƏLİKLƏRİ ARTIB
Cari ilin üçüncü rübünün sonuna bankın cəmi öhdəlikləri illik müqayisədə 6,4% artaraq 857,636 mln manata çatıb. Bankın depozit portfelinin həcmi il ərzində 11,9% artaraq sentyabrın 30-na 678 674 mln manat olub. “AccessBank”ın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri illik müqayisədə dəyişməyərək 8,520 mln manat qalıb.
KAPİTALI AZALIB
Səhmdar kapitalı 258,718 mln manat olan bankın bölüşdürülməyən zərəri illik müqayisədə 5,2% artaraq 177,570 mln manata qalxıb. Nəticədə, cəmi kapital 9,4% azalaraq 87,259 mln manata enib.
ZƏRƏRDƏDİR

 

2021-ci ilin üçüncü rübündə “AccessBank”ın xalis faiz gəlirləri 38,353 mln manat, faiz qeyri-faiz xərcləri 38,522 mln manat olub. Əməliyyat zərəri 169 min manat olan bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 917 min manat azaldıb və 2021-ci ilin ilk doqquz ayını 917 min manat xalis zərərlə başa vurub.
RİSKLİ AKTİVLƏRİ ARTIB, KAPİTALININ DAYANIQLIĞI AZALIB
Bankın risk dərəcəsi üzrə ölçülmüş yekun aktivləri illik müqayisədə 8,5% artaraq sentyabrın sonuna 616,902 mln manat olub. Məcmu kapitalın adekvatlıq əmsalı isə il ərzində 1,41% azalaraq 12,56%-ə düşüb.
Xatırladaq ki, “AccessBank” böyük məbləğli zərərlərin ardından bir neçə dəfə səhmdar kapitalını artırıb. QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov isə ilin əvvəlindən vəzifəsini tərk edərək “Yelo Bank” ASC-də fəaliyyətə başlayıb.
Qeyd edək ki, “Accessbank”ın səhmdarları Asiya İnkişaf Bankı (19,90%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), Niderlan İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7,11%), “Responsibility SICAV (Lux)” (2,91%), EFSE (2,78%), “Symbiotics SICAV (Lux)” (2,27%), GGF (1,77%), “LFS Advisory GmbH” (1,27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).
olke.az
  •  (0)
  •  (1)