Abşeronda YOXA ÇIXAN tələbə qızla bağlı universitetdən AÇIQLAMA – YENİLƏNİBbackend

Abşeronda YOXA ÇIXAN tələbə qızla bağlı universitetdən AÇIQLAMA – YENİLƏNİB

Bakı Mühəndislik Universiteti (BMU) itkin düşən tələbənin aprelin 1-dən dərslərdə iştirak etmədiyini açıqlayıb.

BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev “Qafqazinfo”ya bildirib ki, həmin gün Memarlıq və İnşaat fakültəsinin 3-cü kurs tələbəsi olan Lamiyə Binnətova saat 16:50-də müəllimindən icazə alaraq dərsdən çıxıb:

“Tələbə dərsdən çıxdıqdan sonra universitet ərazisini tərk edib və geri qayıtmayıb. Bununla bağlı onun valideynlərinə və aidiyyəti üzrə polisə məlumat verilib. Əlavə olaraq qeyd edə bilərəm ki, L.Binnətova universitetin nümunəvi tələbələrindəndir, davamiyyəti və qiymətləri yaxşı olub”.

09:32

Abşeronda itkin düşən gənc qız axtarılır.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Bildirilib ki, Xırdalanda yerləşən Bakı Mühəndislik Universitetinin tələbəsi Lamiyə Binnətova itkin düşüb.

Qeyd edilib ki, o, aprelin 1-i universitetdən çıxıb və naməlum istiqamətdə gedərək geri qayıtmayıb.

Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.

  •  (0)
  •  (0)